Vitse-spiker: Ermənistanda rus dili populyar olaraq qalır

Tarix :
Vitse-spiker: Ermənistanda rus dili populyar olaraq qalır

Ermənistanda rus dili populyar olaraq qalır.

Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bildirib.

Onun sözlərinə görə erməni əhalinin böyük hissəsi rus dilini bilir.

Rubinyan qeyd edib ki, Ermənistanda 63 məktəbdə rus dilinin dərindən tədrisi həyata keçirilir, onlardan 33-ü İrəvandadır. Ermənistan universitetlərində ilk kurslarda rus dili məcburi fənndir: “Biz hər il rusşünaslıq üzrə müəllimləri yenidən hazırlayır, elmi materiallar dərc edirik”.