Rusiya "PUBG MOBILE"i cərimələdi

Tarix :
Rusiya "PUBG MOBILE"i cərimələdi

Rusiya dünyanın ən çox gəlir gətirən və hazırda 32 milyondan çox oyunçusu olan onlayn oyunlar proqramı "PUBG Mobile"-ı 1 milyon rubl dəyərində cərimələyib.
 
Xarici medianın məlumatına görə, cəriməyə səbəb  PUBG-nin rus istifadəçilərinin şəxsi məlumatlarını lokallaşdırmaqdan imtina etməsi olub. 
Qarşı tərəf bildirib ki, onlar lokallaşdırma qanununun tələblərinə əməl ediblər, lakin sentyabrın sonunda şirkət Sinqapurdan xidmətlər üçün pul köçürmək mümkün olmadığına görə problemlərlə üzləşib.
Onlar əlavə ediblər ki, hadisədən sonra rusların məlumatları Rusiya şirkəti vasitəsilə Rusiya Federasiyası ərazisində lokallaşdırılacaq.