Xaçmazda anbarda güclü yanğın olub

Tarix :
Xaçmazda anbarda güclü yanğın olub

Xaçmaz rayonunun Yalama kəndində ot bağlaması yığılan anbarda güclü yanğın olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.