Medvedevin oğluna sanksiya tətbiq olunacaq

Tarix :
Medvedevin oğluna sanksiya tətbiq olunacaq

Avropa Komissiyası (AK) keçmiş prezident və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin oğlu İlya Medvedevə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
The Guardian xəbər verir ki, məhdudiyyətlər anti-Rusiya sanksiyalarının 12-ci paketinin bir hissəsi kimi tətbiq olunacaq. 
İlya Medvedevin adından başqa, siyahıda “Vətən Müdafiəçiləri” Fondunun sədri Anna Tsivilyova da var. O, Rusiyanın hazırkı prezidenti Vladimir Putinin qohumu sayılır.