Suriyanın İsraillə sərhədinə yaraqlı dəstələri cəmləşir

Tarix :
Suriyanın İsraillə sərhədinə yaraqlı dəstələri cəmləşir

Əfqanıstanlı politoloq və jurnalist Rəzzaq Məmun Əfqanıstandan 1200-ə yaxın istehkamçının Livana göndərilməsi üçün Suriyaya getdiyini bildirib.
 
Azadİran Teleqram kanalının məlumatına görə, noyabrın 12-də Suriya İnsan Haqları Monitorinq Qrupu oktyabr ayı ərzində müxtəlif millətlərdən olan 700-ə yaxın yaraqlının Suriyanın İsraillə sərhəd yaxınlığında yerləşən Qolan təpələrinə yerləşdirildiyini açıqlayıb.
Qeyd edək ki, sözügedən yaraqlıların SEPAH və Hizbullah tərəfindən hazırlandığı bildirilib.