
Qazaxıstanın keçmiş iqtisadiyyat naziri Kuandik Bişimbayev arvadı Saltanat Nukenovanı restoranda döyərək öldürüb.
Bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.
Məlumata görə, qadın təcili yardım gələnə qədər dünyasını dəyişib. Keçmiş nazir həmin gün saxlanılıb. Restoran Bişimbayevə məxsus olub. O, 2018-ci ildə korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu ildə şərti azadlığa buraxılıb.
Bişimbayev hazırda həbsdədir
