
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin daimi şüarı açıqlanıb.
Şüarı Avropa Yayım Birliyi (AYB) artıq təsdiqləyib.
Onlar yarışma üçün “Musiqi ilə birləşənlər” (United by music) ifadəsini seçiblər. Bu şüar isə 2023-cü ildə Liverpulda keçirilən müsabiqədə istifadə olunub.
Qeyd edək ki, “Avroviziya-2024” 7, 9 və 11 may tarixlərində İsveçdə Malmö Arenada baş tutacaq.
