Zakir Həsənov italiyalı vəzifədaşı ilə görüşdü

Tarix :
Zakir Həsənov italiyalı vəzifədaşı ilə görüşdü

Zakir Həsənov italiyalı vəzifədaşı ilə hərbi əməkdaşlığın perspektivlərini müzakirə edib.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak etmək məqsədilə bu ölkədə səfərdə olan müdafiə naziri İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.