
12 yaşından xərçənglə mübarizə aparan sosial media fenomeni Ayşenur Parlak dünyasını dəyişib.
Bu barədə Türkiyə mediası xəbər verir.
Onun ölüm xəbərini həyat yoldaşı sosial şəbəkə hesabından bildirib.
Qeyd olunur ki, 12 yaşında sümük xərçənginin ikinci mərhələsini, 27 yaşında döş xərçənginin birinci mərhələsini, 30 yaşında üçüncü mərhələ lenfoma xəstəliyini məğlub edən Ayşenur Parlakda 33 yaşında kolon xərçəngi diaqnozu qoyulub.



