
Qəzza zolağında mobil rabitə və internet yenidən yoxa çıxıb.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Eyni zamanda, NetBlocks beynəlxalq internet monitorinq xidməti bildirib ki, noyabrın 13-nə keçən gecə Qəzzada şəbəkə göstəriciləri orta hesabla 24%-ə düşüb.
Bundan əvvəl Fələstin Qızıl Aypara Cəmiyyəti rabitə kəsilməsi səbəbindən Qəzza zolağındakı işçiləri ilə əlaqənin kəsildiyini açıqlamışdı.
