
Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı tankçısının ölüm xəbəri yayılıb.
Ukrayna KİV-ləri xəbər verir ki, “Ukrayna Silahlı Qüvvələrinin ən yaxşı tankçısı” Maksim Qatsanyuk Zaporojye vilayətinin Sokolovka kəndində həlak olub.
14 noyabr 1984-cü il təvəllüdlü Maksim Vladimiroviç Qatsanyukun noyabrın 8-də döyüş tapşırığını yerinə yetirərkən həlak olduğu bildirilib.
