Reytinqli seriallardan biri olan "Yasak elma"nın növbəti bölümü ötən gün yayımlanmayıb.
Bu barədə yayım şirkəti ekran işinin yayımlanma saatında elan verib. Bildirilib ki, bu addım noyabrın 13-də İstanbulda baş verən terror aktı ilə əlaqədar atılıb.
Qeyd edək ki, sözügedən hadisə nəticəsində 6 nəfər vəfat edib, 81 nəfər isə yaralanıb. Həyatını itiriənlər arasında serialın heyətində yer almış aktyor Nurettin Uçarın həyat yoldaşı Arzu Özsoy və 15 yaşlı qızı Yağmur Uçar da var idi.