
Tacikistanın Düşənbə şəhərinin ətrafında 4,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi bildirib.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 06:24-də (Bakı vaxtı ilə 05:24) baş verib.
Seysmohadisənin ocağı 153 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
