Ana yeni doğduğu körpəsini zibil qutusuna atdı

Tarix :
Ana yeni doğduğu körpəsini zibil qutusuna atdı

Moskvanın şərqində qadın yeni doğulmuş körpəsini zibil qutusuna qoyub.
Rusiya mediası bildirir ki, hadisə Veşnyakovskaya küçəsində baş verib.
Məlumata görə, qadın mənzildə uşaq dünyaya gətirib. Sonra onu birinci mərtəbədəki zibil qutusuna qoyub. Pilləkənin enişində qan olduğunu görən qonşular hüquq-mühafizə orqanlarını çağırıblar.
Uşaq sağdır və ona lazımi yardım göstərilir. Polis gələndə anası evdə olub. Baş vermiş hadisə əsasında “azyaşlının qətlə yetirilməsinə cəhd” maddəsi ilə cinayət işi açılıb.