ABŞ-nin kompüter istehsalçısı Rusiya bazarını tərk etdi

Tarix :
ABŞ-nin kompüter istehsalçısı Rusiya bazarını tərk etdi

ABŞ-ın kompüter istehsalçısı HP şirkəti Rusiyadakı törəmə şirkətini ləğv edir.
 
Bu barədə RBK xəbər verir.
Məlumata görə, bu addım ötən ilin may ayında qəbul edilmiş qərara uyğun olaraq atılır.
HP Rusiya bazarına rəsmən 2015-ci ildə daxil olub, 2022-ci ildə isə məhsullarının bu ölkəyə tədarükünü dayandırmağa qərar verib. 2022-ci ildə törəmə şirkətin zərəri 1,7 milyard rubl təşkil edib.
Bundan əvvəl, ötən ilin mart ayında ABŞ-ın surətçıxarma maşınları istehsalçısı "Xerox Holdings" korporasiyası Rusiyaya ixracı dayandırıb.