Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Si Cinpin və Makron Ukraynada atəşkəsə çağırış etdi

Tarix :
Si Cinpin və Makron Ukraynada atəşkəsə çağırış etdi

Çin Sədri Si Cinpin və Fransa Prezidenti Emmanuel Makron İndoneziyanın Bali adasında keçirilən G20 görüşündə Ukraynada atəşkəs və sülh danışıqlarının bərpasına çağırış ediblər.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Biz atəşi, müharibəni dayandırmalı və sülh danışıqlarına başlamalıyıq”, -deyə Si Cinpin bildirib.
Makron da öz növbəsində Fransa tərəfinin Pekinlə birlikdə dinc qlobal inkişafı təşviq etməyəhazır olduğunu bəyan edib.
Çin Sədri əlavə edib ki, ölkəsinin Ukrayna ilə bağlı mövqeyi dəyişməyəcək.
“Sülh prosesi üçün beynəlxalq ictimaiyyət şərait yaratmalıdır. Bundan sonra Pekin də öz növbəsində konstruktiv səylərini davam etdirəcək”, - deyə Si Cinpin əlavə edib.