Samuxda 37 yaşlı kişi qətlə yetirildi

Tarix :
Samuxda 37 yaşlı kişi qətlə yetirildi

Noyabrın 9-də saat 16:20 radələrində Samux rayonu Burunqovaq kəndi ərazisində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunun kəsilmiş-keşilmiş xəsarətlərdən ölməsi barədə polis polisə məlumat daxil olub. 
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. 
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.