Paşinyan Parisə gedir - Makron və Şarl Mişellə görüşəcək

Tarix :
Paşinyan Parisə gedir - Makron və Şarl Mişellə görüşəcək

Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda iştirak edəcək. 
Xarici KİV xəbər verir ki, forum Fransa prezidenti Emmanuel Makronun himayədarlığı ilə təşkil olunacaq. 
Forum noyabrın 10 və 11-də baş keçiriləcək. 
Tədbirdə çıxış edənlər arasında Paşinyan, Makron, Avropa Şurasının prezidenti Şarl Mişel və başqalarının olacağı deyilir.