Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xəzər dənizində ekoloji monitorinqlər aparılır - FOTOLAR

Tarix :
Xəzər dənizində ekoloji monitorinqlər aparılır - FOTOLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Əlif Hacıyev adına elmi-tədqiqat gəmisi ilə Xəzər dənizində 4 noyabr tarixindən monitorinqlərə başlayan ekspedisiya qrupu  bugünədək Lənkəran, Kür dili və Cənub-Şərqi Qoltuq məntəqələrində Xəzər dənizinin hidrobioloji vəziyyətini təhlil edib, ekoloji monitorinqlər həyata keçirib. 
 
Ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib ki, ekspedisiya zamanı 17 məntəqə üzrə su, qrunt, dib çöküntüləri, zooplankton, bentos, hava nümunələri götürülüb, hidrometeoroloji ölçmələr və müxtəlif komponentlər üzrə tədqiqatlar aparılıb. 
Qrup rəhbərinin sözlərinə görə, monitorinqlər noyabrın 17-dək davam edəcək, tədqiqat işləri növbəti günlərdə “Səngəçal-Duvannı-Xərə-Zirə” və “8 mart” yataqlarında aparılacaq.