Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Asim Əliyev Naxçıvanın Yazıçılar Birliyinin sədri seçilib

Tarix :
Asim Əliyev Naxçıvanın Yazıçılar Birliyinin sədri seçilib

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin konfransı keçirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Əliyevin hesabatı dinlənilib.
Hesabat məruzəsindən sonra İdarə Heyətinin yeni tərkibi seçilib. Birliyin İdarə Heyətinin üzvləri Həsənəli Eyvazov və Qafar Qənbərov çıxış edərək Əliyev Asim Yediyar oğlunun Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri vəzifəsinə namizədliyini irəli sürüblər.  
Təklif səsə qoyularaq qəbul olunub və Asim Əliyev Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri seçilib.  
Daha sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin Nəzarət-Təftiş Komissiyasının tərkibi seçilib, konfransın qərarı qəbul olunub.