Şimali Koreyadan qaçmaq istəyənlər minaya düşdülər

Tarix :
Şimali Koreyadan qaçmaq istəyənlər minaya düşdülər

Şimali Koreyadan qaçmağa çalışan 5 nəfərin ölkənin Çinlə sərhədindəki ərazidə minaya düşüblər. 
Bu barədə "Daily NK" nəşri məlumat yayıb.
Bildirilir ki, hadisə oktyabr ayında baş verib. Məlumata görə, Şimali Hamgyong əyalətinin Musan bölgəsi yaxınlığında 5 nəfərin ölkə sərhədindən Çinə qaçmağa çalışıb. 
Xəbərdə qaçmağa çalışanların sərhədə yaxın ərazidə minalara basdığı, lakin sözügedən şəxslərin taleyi ilə bağlı məlumat verilmədiyi bildirilib.