Keçmiş DGK polkovniki “general-mayor” rütbəsi aldı - DOSYE

Tarix :
Keçmiş DGK polkovniki “general-mayor” rütbəsi aldı - DOSYE

Xəbər verdiyimiz kimi,  Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.
"General-mayor" rütbəsi alan şəxslərdən biri də polkovnik Fərid Əlibaba oğlu Əliyevdir.  
Belə ki,  Fərid Əliyev  2018-ci ildən Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunmasi və Audit Baş İdarəsinin rəisi gömrük xidmətində çalışıb. O, bu ilin yanvar ayında tutduğu vəzifəsindən ayrılıb. 
Həmçinin,  o, 2018-ci ildə  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 
Onun 36 yaşı var.