Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Rusiya zooparkının sahibi Xersondan heyvanları qaçırıb – Ukrayna

Tarix :
Rusiya zooparkının sahibi Xersondan heyvanları qaçırıb – Ukrayna

Ukrayna Rusiya zooparkının sahibinin heyvanları Xersondan qaçırdığını iddia edib.
 
Xarici medianın məlumatına görə, Krımdakı Tayqan Aslan Parkının sahibi Oleq Zubkovun Xerson zooparkından 7 yenot, iki dişi canavar, bir hind tovuz quşu, bir lama və bir eşşək oğurladığı iddia edilir.
Zubkov heyvanların Krıma aparılmasını “insani borc” kimi qiymətləndirərək, Rusiya Xersonu geri aldıqdan sonra heyvanların şəhərə geri göndəriləcəyini bəyan edib.
Ukrayna Müdafiə Nazirliyi rəsmi Tvitter hesabında görüntüləri paylaşaraq, "İşğalçılar Xersonda hər şeyi oğurlayıblar" - deyib.