Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Gənc evli cütlük İstanbulda terrorun qurbanı olub - Fotolar

Tarix :
Gənc evli cütlük İstanbulda terrorun qurbanı olub - Fotolar

Noyabrın 13-ü İstanbulda baş verən terror aktı zamanı həlak olanlar arasında evli cütlük də olub.
“Hürriyet” xəbər verir ki, sözügedən şəxslər 2020-ci ildə ailə həyatı quran Adem Topkara və Mukaddes Elif Topkaradır.
Partlayış zamanı onlar İstiqlal küçəsində mağazaları dolaşırlarmış.
Cütlüyün azyaşlı qız övladı var. Hadisə zamanı o, valideynləri ilə birlikdə olmayıb.
Xatırladaq ki, İstanbulda terror aktı zamanı 6 nəfər həlak olub. Bunlar Yusuf Meydan adlı bir şəxs və 3 yaşlı qızı Ecrin, eləcə də türkiyəli aktyor Nurettin Uçarın həyat yoldaşı Arzu Özsoy və 15 yaşlı qızı Yağmur Uçardır.