Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İstanbul terrorunda evə buraxılanların sayı AÇIQLANDI

Tarix :
İstanbul terrorunda evə buraxılanların sayı AÇIQLANDI

“Türkiyənin İstanbul şəhərində baş verən partlayış nəticəsində xəstəxanada müalicə olunan 57 yaralımız evə buraxılıb”.
Bu barədə İstanbul şəhərinin valisi Ali Yerlikaya “Twitter” hesabında bildirib.
O qeyd edib ki, 18 xəstə palatalarda, 6-sı isə reanimasiya şöbəsində müalicə olunur.
İki yaralının isə vəziyyəti ağır olaraq qalır.
Xatırladaq ki, ötən gün baş verən terror hadisəsi nəticəsində altı nəfər həlak olub, 81 nəfər yaralanıb.