
Ermənistan parlamentinin deputatı Matevos Asatryan ölüb.
Bu barədə erməni KİV məlumat yayıb.
Deputatın infarkt keçirdiyi deyilir.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan 38 yaşlı deputatın həyatını xilas etmək olmayıb.
Qeyd edək ki, deputatı Matevos Asatryan hakim Vətəndaş Müqaviləsi Partiyasında təmsil olunurdu. O, Ermənistan Baş naziri Nikol Paşinyanın qatı tərəfdarlarından sayılırdı.
