Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını işdən çıxardı

Tarix :
Zelenski Xüsusi Əməliyyat Qüvvələrinin komandanını işdən çıxardı

Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Viktor Xorenko vəzifəsindən azad edilib. 
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sərəncam imzalayıb. 
Eyni sərəncama əsasən, polkovnik Sergey Lupançuk Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələrinin komandanı təyin olunub. 
Xorenko 2022-ci il iyulun 25-dən Ukrayna Silahlı Qüvvələri Xüsusi Əməliyyat Qüvvələrinin komandanı vəzifəsində çalışırdı.