
Avropa Ukraynadakı münaqişə və COVID-19 pandemiyasının nəticələrinin yaratdığı əhali depressiyası şəklində yeni bir "epidemiya" ilə üzləşib.
Bu barədə "İnteria" nəşri Polşa İqtisadiyyat İnstitutuna (PİE) istinadən yazıb.
PIE araşdırmasına görə, Avropa İttifaqı respondentlərinin 62%-i mənfi psixi vəziyyətini Ukrayna problemi və pandemiya ilə əlaqələndirib. Bu psixi problemin iqtisadi nəticələrini də müəyyən etmək mümkündür.
"Aİ-nin 27 ölkəsində və Böyük Britaniyada psixi sağlamlıq problemlərinə görə ümumi xərclər ÜDM-in 4,2 faizini və ya 600 milyard avrodan artıqdır. PIE hesab edir ki, bu xərclərin 1/3-dən çoxu məşğulluq və məhsuldarlığın azalması ilə bağlıdır", deyə nəşr yazır.
Bildirilib ki, ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri bir yuxusuz gecənin dopamin ifrazının artması ilə əlaqəli depressiya əlamətlərini yüngülləşdirə biləcəyini müəyyən ediblər.
