
"Xankəndidə "Qarabağ Azərbaycandır" bəyanatım müzakirələrə son qoydu".
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) 10 illik yubiley sammitində çıxışı zamanı deyib.
Ölkə lideri qeyd edib ki, 2026-cı ilə qədər 140 mindən çox azərbaycanlının Qarabağa qayıtmasını təmin etmək hədəflənib: "Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından didərgin düşüb. 2-ci Qarabağ müharibəsi qaçılmaz idi. Azərbaycan 44 günlük vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlub edərək, ərazi bütövlüyünü təmin edib.
2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş torpaqlarımıza qanunsuz yerləşdirdiyi bombaların partladılması nəticəsində 6 nəfər həlak olub. Bu səbəbdən yerli antiterror tədbirləri həyata keçirilib. Görülən tədbirlər nəticəsində mülki şəxslərə heç bir zərər dəyməyib".
