2 günlük körpəsini öldürüb fındıq bağında basdırdı

Tarix :
2 günlük körpəsini öldürüb fındıq bağında basdırdı

Türkiyədə nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdıran qadın məhkəməyə çıxıb. 
Bu qanlı cinayət 2022-ci ilin sentyabrında baş verib. 
27 yaşlı Bilge Çapa nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdırmaq ittihamı ilə saxlanıldığı işdə hakim qarşısına çıxıb. 
"İstifadə etdiyim dərmanlara görə bəzi hadisələri xatırlamıram" deyən Çapa özünü belə müdafiə edib: 
"Həmin gün körpə ilə xəstəxanadan çıxandan sonra evdə heç kim yox idi. Axşam yatdım. Ertəsi gün yuxudan oyandım, Uşaq ölmüşdü. Çox qorxduğum üçün meyiti gizlətmək qərarına gəldim".