Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

"Həyatımda bu qədər sürətli qaçmamışdım" - Terrordan sağ çıxan turist

Tarix :
"Həyatımda bu qədər sürətli qaçmamışdım" - Terrordan sağ çıxan turist

İstanbulun İstiqlal küçəsində baş verən terror hadisəsi zamanı yaralanan italyan tələbə Massimo D'Angelo təəssüratlarını danışıb.
Bu barədə "British Mirror" qəzeti məlumat dərc edib. 
"Həyatda olduğum üçün çox şanslıyam. Bunun silahlı hücum olduğunu düşündüm. Yüzlərlə insanın qaçdığını və qışqırdığını gördüm, həyatımda heç bu qədər sürətli qaçmamışdım", - tələbə deyib. 
Terror zamanı dostları ilə Taksimdə olan 30 yaşlı D'Angelo qeyd edib ki, partlayışı qoxusuna qədər hiss edib: "Sonra barıt qoxusunu hiss etdim. Sanki bir şey yanır, amma çox qəribə idi, o qoxunu xatırlayıram. Sonradan yüzlərlə, minlərlə olmasa da, qaçıb qışqıran adam gördüm. Hər şey bulanıq idi, amma mən ona görə qaçmağa başladım.Bunun təhlükəsiz olacağını düşündüm".