
Türkiyədə yaşayış sahəsini 100 gündən az müddətə turistlərə icarəyə vermək istəyən ev sahibləri artıq xüsusi lisenziya və binanın bütün sahiblərinin razılığını almalıdırlar. Lisenziyasız qısa müddətə mənzil kirayə verilməsinə görə mənzil sahiblərini cərimə gözləyir.
Qərar hökumətin "Resmi Gazete” nəşrində dərc olunub.
Lisenziya alındıqdan sonra binanın girişində xüsusi lövhə vurulacaq. Yeni qaydalar həmçinin lisenziya sahibindən icarəyə götürülmüş mənzillərin öz adından üçüncü şəxslərə icarəyə verilməsini də qadağan edir. Lisenziyasız mənzil kirayə verənlər üçün hər bir sahəyə görə 100 min türk lirəsi (6 min manat) inzibati cərimə nəzərdə tutulur.
Bu cərimədən sonra qanunu pozanlara lisenziya almaq üçün 15 gün vaxt veriləcək. Əgər o zaman lisenziya alınmasa, mənzil sahiblərə bu dəfə 500 min lirə (30 min manat) məbləğində yenidən cərimələnəcəklər. Yaxın 15 gün ərzində yenidən lisenziya almadıqları təqdirdə 1 milyon türk lirəsi (60 min manat) məbləğində cərimə tətbiq olunacaq.
