Qəzzadan buraxılanlar arasında azərbaycanlılar da var

Tarix :
Qəzzadan buraxılanlar arasında azərbaycanlılar da var

Məlum olduğu kimi, bu gün “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə 400 ABŞ vətəndaşının Qəzza zolağından Misirə buraxılacağı gözlənilir.
“Əl-Cəzirə” telekanalı ABŞ ilə yanaşı, daha 14 ölkənin vətəndaşlarının bu gün buraxılacağı barədə məlumat yayıb.
Sözügedən ölkələr arasında Azərbaycan vətəndaşlarının da olduğu qeyd olunub.
Bununla yanaşı, həmin ölkələr sırasında Cənubi Koreya, Belçika və Şri-Lanka vətəndaşlarının da olduğu deyilir. 
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bu səhər verdiyi açıqlamada Qəzzada Azərbaycan vətəndaşının olub-olmamasına dair məlumatın olmadığını bildirmişdi. 
Xatırladaq ki, Misir noyabrın 1-i ölkə ilə Qəzza zolağı arasında yeganə buraxılış məntəqəsi “Rəfah”ın açıldığını elan edib. 90 yaralı fələstinlinin və ikili vətəndaşlığa sahib təqribən 450 əcnəbi vətəndaşın anklavı tərk etməsinə icazə verilib.