Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna XİN Rusiya ilə sülh şərtlərini açıqladı

Tarix :
Ukrayna XİN Rusiya ilə sülh şərtlərini açıqladı

“Ukraynanın sülh formulu dəyişməz olaraq qalır: müharibənin dərhal dayandırılması, bütün Rusiya qoşunlarının çıxarılması, Ukraynanın ərazi bütövlüyünün bərpası, dəymiş zərərin ödənilməsi və təcavüzün təkrarlanmaması üçün effektiv təminatların verilməsi”.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko sosial şəbəkə hesabında yazıb.
“Başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq”, - o bildirib.