15 il əvvəl anasını öldürən keçmiş məhkum müğənni bacısını qətlə yetirdi - YENİLƏNİB

Tarix :
15 il əvvəl anasını öldürən keçmiş məhkum müğənni bacısını qətlə yetirdi - YENİLƏNİB

Gəncədə baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Hüseyn Abbasov illər əvvəl anasını da qətlə yetiribmiş. O, buna görə 15 il məhkumluq həyatı yaşayıb. 7 ay əvvəl azadlığa çıxıb.
Qeyd edək ki, qətlə yetirilən Səbinə Abbasova müğənni imiş.

***
08:48
Noyabrın 2-də saat 7 radələrində Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub.
Baş prokurorluqdan bildirilib ki, araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.