Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Məhşur braziliyalı karyerasını bitirdi

Tarix :
Məhşur braziliyalı karyerasını bitirdi

Məşhur braziliyalı futbolçu Dieqo Ribas butslarını mismardan asıb.

Sonuncu klubu "Flamenqo" olan 37 yaşlı yarımmüdafiəçi karyerasını bitirb.

Avropada "Porto”, "Verder”, "Yuventus”, "Atletiko" (Madrid) kimi məşhur komandalarda forma geyinən Ribas bir dönəm "Fənərbağça"nın (2015-2016) da futbolçusu olub. Braziliya millisinin sabiq üzvü komandasının "Avai"yə 1:2 hesablı məğlubiyyətindən sonra karyerasını bitirib. 


Qarşılaşmanın 57-ci dəqiqəsində Tyaqo Maya ilə əvəzlənən təcrübəli futbolçu oyundan çıxarkən öz formasını Qabriel Barbosaya (Qabiqol) verib. Arxasında Qabiqolun adı yazılmış 10 nömrəli formanı geyinən Ribas oyundan çıxarkən onu 26 yaşlı forvarda təhvil verib.

Əvəzlənərkən duyğulu anlar yaşayan 37 yaşlı futbolçu, komanda yoldaşlarının, rəqib oyunçuların və azarkeşlərin alqışları ilə meydanı tərk edib.