
“Atəşkəs olmasa, başqa qruplar müharibəyə girəcək”
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaraya səfər edən iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla keçirdiyi birgə mətbuat konfransında deyib:
“Atəşkəs olmasa, başqa qruplaşmalar da müharibəyə qatılacaq və müharibənin miqyasını genişləndirmək regiona heç bir fayda verməyəcək”.
İran-Türkiyə əlaqələrinə də toxunan Hakan Fidan bildirib:
“Türkiyənin İranla əlaqələri inkişaf edir. Mən son aylarda iki dəfə İrana səfər etmişəm və İran prezidenti İbrahim Rəisinin də Türkiyəyə səfəri planlaşdırılır”.
