Ermənistan Azərbaycanla sərhəddəki bu istəyinə nail ola bilmədi

Tarix :
Ermənistan Azərbaycanla sərhəddəki bu istəyinə nail ola bilmədi

Ermənistanın Azərbaycanla sərhəddəki Arazdəyən bölgəsində inşa etməyə çalışdığı metaləritmə zavodunun yeri köçürülür. 
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.
O, qeyd edib ki, zavod başqa ərazidə tikiləcək: "Özəl şirkətlər fabrikin tikintisi üçün sərmayələr qoyurlar və nə edəcəyinə onlar qərar verirlər. Coğrafi və regional mühiti nəzərə alaraq, biz onlara maksimum fayda verməyə çalışırıq".