Rusiya əsir götürdüyü ukraynalıları orduya cəlb edir

Tarix :
Rusiya əsir götürdüyü ukraynalıları orduya cəlb edir

Rusiya işğal olunmuş Luqansk vilayətindəki hərbi əsirləri orduya cəlb edir. 
Bu barədə Luqansk administrasiyasının rəhbəri Artem Lisoqor "Telegram" kanalında yazıb. 
"Onları Ukraynanın hüquq-mühafizə orqanlarına qarşı inciklik hissləri ilə manipulyasiya edərək Rusiya ordusu sıralarına cəlb edirlər", - deyə qeyd olunub. 
Lisoqorun sözlərinə görə, imtina edildiyi təqdirdə həbsxana rəhbərliyi məhbuslarla daha pis rəftar edir.