Özünü elan edən Luqansk Xalq Respublikasının (LXR) rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik Xarici İşlər Nazirliyini ləğv edib.
Bu barədə o, noyabrın 14-də müvafiq sərəncam imzalayıb.
"Luqansk Xalq Respublikasının Xarici İşlər Nazirliyi ləğv edilsin. Ləğv proseduru 2023-cü il iyunun 1-dən gec olmayaraq başa çatdırılsın", - sənəddə deyilir.