Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Lavrov İndoneziyada xəstəxanaya aparılıb? - VİDEO (YENİLƏNİB)

Tarix :
Lavrov İndoneziyada xəstəxanaya aparılıb? - VİDEO (YENİLƏNİB)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bali adasında xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbərləri təkzib edib. 
Bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə sözügedən məlumatları yalanladıqdan sonra video yayıb. 
O, xəstəxanaya yerləşdirilmədiyini, oteldə olduğunu və G20 sammitinə hazırlaşdığını deyib. 
"Mən oteldə sabahkı sammit üçün materialları oxuyuram", - nazir bildirib.
Qeyd edək ki, Lavrovun xəstəxanaya yerləşdirilməsi xəbərini "Bloomberg" və AP İndoneziya rəsmilərinə istinadən yayıblar.