
Bu gün Cənubi Qafqazda təhlükəli proseslər baş verir.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.
Ermənistanla Fransa arasında bu addımın atılması, silah-sursat alınması gələcəkdə bu regionda ciddi proseslərin baş verməsinə gətirib çıxara bilər:
“Ən pis halda 3-cü Qarabağ müharibəsinin olmasını labüd edir. Ukraynaya silah verməyə gücləri çatmır, amma Ermənistana silah verirlər. Azərbaycanın mövqeyi məlumdur. Fransa və Emərnistan arasında bu prosesdən sonra problemlər Ermənistanın üzərinə düşəcək”.
