Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

İstanbuldakı teraktda şübhəli bilinən şəxs saxlanıldı

Tarix :
İstanbuldakı teraktda şübhəli bilinən şəxs saxlanıldı

Noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“CNN Türk” xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlayıb.
Onun sözlərinə görə, ümumilikdə partlayışla bağlı 20-dən çox şəxs saxlanılıb və insidentdə terror qruplaşmaları da iştirak edib. 
Xatırladaq ki, partlayışdan sonra əraziyə bombanı qoymaqda şübhəli bilinən bir qadının fotosu yayılıb.
Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə yaralanıb.