
İsrailin Sderot şəhərinin meri Alon Davidi baş nazir Binyamin Netanyahuya sakinlərin təxliyyə edilməsi xahişi ilə müraciət edib.
Şəhər administrasiyası rəhbərinin sözlərini "Kan" dövlət televiziya və radio şirkəti yayımlayıb .
"Hökumət başçısı, ordumuz öz döyüş tapşırıqlarını təhlükəsiz yerinə yetirə bilməsi üçün onun bütün sakinləri Sderotdan uzaqlaşdırılmalıdır. İnsanlar 20 ildir burada yaşayırlar, onlar təxliyə olunmağa layiqdirlər", - Davidi deyib.
Qeyd edilir ki, Sderot Fələstinin radikal HƏMAS hərəkatının daha çox atəşinə məruz qalır.
