Növbəti iki gündə hava necə olacaq?

Tarix :
Növbəti iki gündə hava necə olacaq?

Azərbaycanda müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti oktyabrın 12-si gündüzədək davam edəcək. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 13-14-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. 
Mülayim cənub-şərq küləyi əsəcək.