Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Zaqatalada nənə və nəvə yanğında YARALANDI

Tarix :
Zaqatalada nənə və nəvə yanğında YARALANDI

Zaqatalada fərdi yaşayış evində yanğın olub, evdə kirayədə yaşayan  nənə və körpə nəvəsi yanıq xəsarətləri alıb.
Yanğın hadisəsi bu gecə saat 01:20-də Zaqatala şəhəri, Qarabağ  küçəsində Reyhan Davud qızı İsmayılova məxsus, ümumi sahəsi 40 kv/m olan, üç otaqdan ibarət fərdi yaşayış evində baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində evin 18 kv/m-lik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb. 
Yanğın zamanı evdə kirayədə yaşayan rayon sakini 1980-cı il təvəllüdlü Elnarə Məhəmməd qızı Qurbanova və onun körpə nəvəsi 2021-ci il təvəllüdlü Elay Famid qızı Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. E. Qurbanova və nəvəsi E. Dəmirova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara üzün, boyunun və yuxarı ətrafların 2-ci dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub, müalicələri xəstəxanada davam etdirilir. 
Faktla bağlı araşdırma aparılır.