Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Ukrayna Zaporojye istiqamətində ordu bölmələrini gücləndirir

Tarix :
Ukrayna Zaporojye istiqamətində ordu bölmələrini gücləndirir

Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində ordu birləşmələrini gücləndirir.

Bu barədə Zaporojye vilayəti administrasiyası şurasının üzvü Vladimir Roqov məlumat verib.
O əlavə edib ki, Zaporojye istiqaməti Ukrayna ordusu üçün əsas istiqamətə çevrilir və Rusiyanın müdafiə xəttində kəşfiyyat aparılır.

Roqovun dediklərinə görə, Rusiya ordusunun Xerson vilayətindən köçürülmüş hissəsi cəbhənin Zaporojyedə yerləşən hissəsinə köçürüləcək: "Rusiya Silahlı Qüvvələri öz növbəsində müdafiə xəttini gücləndirir, çünki Ukraynanın haqqında sözügedən ərazidən hücuma keçmək üçün böyük qüvvə istifadə edəcəyi ehtimalı var”.

"Ukrayna özü də gizlətmir ki, onların planı Berdyanska gedib çatmaq, bu istiqamətdə olan Vasilyevka, Poloqi və Melitopolu azad etməkdir” – Roqov bildirib./apa