Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Bu ölkədə 4 günlük iş həftəsinə keçilir - Maaşlar eyni qalacaq

Tarix :
Bu ölkədə 4 günlük iş həftəsinə keçilir - Maaşlar eyni qalacaq

Belçikada tam ştatlı bir işdə həftədə 5 gün əvəzinə həftədə 4 gün işləməyə icazə verən yeni tənzimləmə noyabrın 20-dən etibarən qüvvəyə minir.
Haber Türk xəbər verir ki, belə olan halda işçilərin maaşları eyni qalacaq. 
Yeni tənzimləmə ilə işçilərin saat sayı, əmək haqqı və sosial hüquqları dəyişməz qalacaq, lakin onlar görməli olduqları işi 5 gündən 4 günə yaymaq imkanı əldə edəcəklər. 
İyun ayında federal hökumət tərəfindən qəbul edilən yeni əmək müqaviləsi rəsmi qəzetdə dərc edildikdən sonra qüvvəyə minib.
Daha yaxşı iş-həyat tarazlığını təmin etməyi hədəfləyən tənzimləmə, özəl sektor işçilərinə 20 noyabr tarixindən etibarən 5 gün əvəzinə 4 gün işləmək hüququ verir. Dövlət sektorunda fərqli iş şəraiti olduğundan, yeni qayda daha çox özəl sektorun üzvlərini əhatə edir.
Belçikanın ictimai yayımı VRT-nin məlumatına görə, İT sahəsindən metal və qida sektoruna qədər demək olar ki, hər bir seqmentdən işçilər bu qanunvericiliyin əhatə dairəsindədir.
Məlumata görə, həftədə 5 gün deyil, 4 gün işləmək tələbi işçilərin istəklərindən asılı olacaq. İşəgötürən bununla bağlı heç bir məcburiyyət tətbiq etməyəcək. İşçilər 4 günlük əlavə iş tələbi üçün yazılı müraciət edəcəklər. Ərizəni yerinə yetirməkdən imtina edən işəgötürən, 1 ay müddətində bu imtinanı yazılı şəkildə əsaslandırmalı və işçiyə məlumat verməlidir. 
Onu da nəzərinizə çatdıraq ki, işçinin tələbi işəgötürənin nöqteyi-nəzərindən mənfi rəftarla nəticələnməyəcək və əlbəttə ki, işdən çıxarılma və ya müqavilənin ləğvi ilə nəticələnməyəcək. İşçilərin əmək haqqı və sosial hüquqları eyni qaldığı halda, gündəlik yemək və yol pullarının miqdarı dəyişəcək.
İşçilər 4 günlük iş qrafikində könüllü olaraq iş vaxtları bitdikdən sonra əlavə işləyə bilməyəcəklər.