Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Luqanskda 11 yaşayış məntəqəsi azad edilib

Tarix :
Luqanskda 11 yaşayış məntəqəsi azad edilib

“İndiyədək Luqanskda əsasən kiçik kəndlərdən ibarət 11 yaşayış məntəqəsi işğaldan azad edilib”.
 UNIAN xəbər verir ki, bunu Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
O deyib ki, Ukrayna Silahlı Qüvvələrinin Luqansk vilayətində irəliləməsi digər ərazilərdə olduğu kimi sürətli deyil:
“Bunun əsas səbəbi qarşı tərəfin ciddi müdafiə hazırlığıdır. Rusiya ordusu bu istiqamətdə kifayət qədər güclü hazırlaşıb”.
Qaydayın sözlərinə görə, ruslar Luqanskda hər yeri minalayırlar.