Yeniekinci.az - Gerçəklərin Aynası
Yeniekinci.az - Gerçəklərin Aynası

Xərçəng səbəbiylə itirdiyi burnunu qolunda böyütdü - ŞOK FOTO

Tarix :
Xərçəng səbəbiylə itirdiyi burnunu qolunda böyütdü - ŞOK FOTO

Fransız qadın 8 il əvvəl Sinus Xərçənginə görə burnunun bir hissəsini və qoxualma hissini itirib.
 
Xarici medianın məlumatına görə, inkişaf edən tibbi texnologiya sayəsində qadın illər sonra burnunu və qoxu hissini bərpa edib.
Belə ki, həkimlər radiasiya terapiyası və kimyaterapiya müalicələrindən əvvəl 3D printer ilə "biomaterial" istifadə edərək qadın üçün süni burun hazırlayıblar.
3D texnologiyası ilə ərsəyə gələn bu burun hüceyrələr və damarların böyüməsi üçün qadının qoluna yerləşdirilib.
Həkimlər qolun dərisi üz dərisi kimi nazik olduğundan bu bölgəni seçiblər.
Qadın transplantasiya ediləcək burnunu əməliyyatdan 2 ay əvvəl qolunda daşıyıb və hər şeyin qaydasında olduğundan əmin olmaq üçün tez-tez müayinələrə gedib.
Tuluza Universiteti Xəstəxanası və Klaudius Reqaud İnstitutunun LOR mütəxəssislərinin iştirakı ilə keçirilən uğurlu əməliyyatla qolda böyüyən burun üzə köçürülüb.
 
Həkimlər mikrocərrahiyyə üsulu ilə süni burundakı qan damarlarını üzdəki damarlarla birləşdiriblər.
Xəstə əməliyyatdan sonra on gün xəstəxanada qalıb və ona antibiotiklər verilib.
O, sağaldıqdan sonra yeni burnundan çox məmnun olduğunu, artıq daha rahat nəfəs aldığını, bağçasındakı gülləri iyləyə bildiyini bildirib.
Qadının hazırda burnunda heç bir hiss yoxdur. Həkimlər bildirirlər ki, üçüncü əməliyyatla buna nail olmaq olar.